Xəzər Xəbər

Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Dünya | 15:03 • 23 Noyabr 2020
Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan vəzifəsindən azad edilib.


Xezerxeber.az-ın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan bu ölkənin Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən itkin düşmüş hərbçilərin yaxınlarına məlumat verərkən bildirib.


Qeyd edək ki, noyabrın 20-də Ermənistanın müdafiə naziri David Tonoyan vəzifəsindən azad edilib. Onu bu vəzifədə Baş nazir Nikol Paşinyanın baş müşaviri Vaqarşak Arutyunyan əvəz edib.

Xəbər lenti