Xəzər Xəbər

Avropada koronavirusun ikinci dalğası başlayır

Dünya | 11:52 • 30 İyul 2020
Avropada koronavirusun ikinci dalğası başlayır

Böyük Britaniyanın Səhiyyə naziri Matt Hancock Avropada yeni növ koronavirus (COVID-19) infeksiyasının ikinci dalğasının başlaması ilə bağlı narahatlığını ifadə edib.


Nazir bildirib ki, hökumət Britaniyanın təhlükəsizliyini qorumaq üçün yenidən karantin tədbirlərini bərpa etməkdən çəkinməyəcək.


"İkinci dalğa məni narahat edir. Düşünürəm ki, Avropada koronavirusun ikinci dalğası yayılmağa başlayır. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - deyə M. Hancock qeyd edib.

Xəbər lenti

Çox oxunanlar