Xəzər Xəbər

Gürcüstanın Əfqanıstanda xidmət edən 28 hərbçisi koronavirusa yoluxub

Dünya | 12:33 • 10 İyul 2020
Gürcüstanın Əfqanıstanda xidmət edən 28 hərbçisi koronavirusa yoluxub

Gürcüstan Müdafiə Nazirliyinin Əfqanıstandakı "Qətiyyətli Dəstək” sülhyaratma missiyasında iştirak edən 28 hərbiçisinin koronovirusa yoluxduğu aşkarlanıb.


Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilir.


Qeyd olunub ki, həmin şəxslər Almaniya Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyyarə ilə Gürcüstana gətiriliblər. Hərbçilərin vəziyyəti qənaətbəxşdir və onların heç birində ciddi problemlər müşahidə olunmur. Xidməti vəzifələrini başa vurmalarına bir həftə qalan hərbçilərin virusa yerli əfqanlardan yoluxduqları bildirilir.


Əfqanıstanda qalan digər hərbçilər də xidməti vəzifələrini başa vurduqdan sonra Gürcüstanda ümumi qaydalara uyğun olaraq 14 günlük karantin rejimində saxlanılacaqlar.

Rubrikanın digər xəbərləri

Xəbər lenti