Xəzər Xəbər

Koronavirus dəhşəti: sutkada 89 nəfər... - Son rəqəmlər

Dünya | 15:08 • 9 Fevral 2020
Koronavirus dəhşəti:

Çində yeni növ koronavirus (2019-nCoV) epidemiyasından 812 nəfər həyatını ititib.

Ümumən virusa yoluxanların sayı 37 198-ə çatıb. Onlardan 6188 nəfərin vəziyyəti ağırdır. Son 24 saatda virusa yoluxanlardan 89 nəfər həyatını itirib.

Digər tərəfdən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayə 28 942 nəfər olub. Onlardan 188182 nəfər epidemiyaya yoluxanlarla təmas zamanı xəstələnib.

Çindən əlavə, Hong Konq Xüsusi İnzibati Bölgəsində 26, Makao Xüsusi İnzibati Bölgəsində 10 nəfər virusa yoluxma faktı qeydə alınıb.

Ölənlərdən 780 nəfər Hubeydə qeydə alınıb. Bundan əlavə, Pekin və Congqingdə 2, Şanxay və Tianjində bir nəfər virus səbəbilə həyatını itirib.

Dünən Pekin Bələdiyyəsinin açıqlamasında otel, restoran, supermarket, əyləncə sahələri, ictimai nəqliyyat və buna bənzər yerlərdə maskadan istifadənin vacib olduğunu vurğulanıb. Qaydaya əməl etməyənlər məsuliyyətə cəlb olunacaq./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti