Xəzər Xəbər

Haftarın təyyarəsi düşürüldü – BƏƏ izi... FOTO

Dünya | 15:46 • 28 Yanvar 2020
Haftarın təyyarəsi düşürüldü – BƏƏ izi...

Liviya Milli Razılıq Hökumətinə aid qüvvələr Misratada qiyamçı lider Xəlifə Haftara məxsus silahlı pilotsuz uçuş aparatını (PUA) vurub.

Düşürülən PUA-nın Birləşmiş Ərəb Əmirliklərinin inventarında olduğu üzə çıxıb.

Wing Loong II tipli təyyarə səhər saatlarında vurulub.

Qeyd edək ki, Çin istehsalı olan Wing Loong II tipli PUA-dan istehsalçı ölkədən başqa yalnız Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) inventarında var.

Haftarın ən böyük dəstəkçisi sayılan BƏƏ-nin inventarındakı pilotsuz uçuş aparatının yanvarın 5-də Tripolidəki hərbi məktəbə təşkil olunan hücum zamanı istifadə olunduğu bildirilir.

teleqraf

Xəbər lenti