Xəzər Xəbər

Çində həyəcan təbili: Daha 17 nəfər...

Dünya | 15:51 • 19 Yanvar 2020
Çində həyəcan təbili:

Çinin Uxan şəhərində daha 17 nəfər koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxub.

Bu barədə Uxan şəhərinin səhiyyə komissiyası məlumat yayıb.

Bununla da hələlik 2 nəfərin ölümünə səbəb olmuş bu virusa yoluxanların ümumi sayı 62 nəfərə çatıb.

Virusa yeni yoluxmuş 17 nəfərin ən gəncinin 30, ən yaşlısının 79 yaşı var. Onlardan 3-nün vəziyyəti ağırdır.

Hazırda tibb işçiləri koronavirusa yoluxanlarla yaxın ünsiyyətdə olanların müəyyən edilərək tibbi yoxlanışa cəlb etməklə məşğuldurlar.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub./teleqraf


Xəbər lenti