Xəzər Xəbər

Avstraliyada aylardır davam edən dəhşətin qarşısı alındı FOTO

Dünya | 14:18 • 13 Yanvar 2020
Avstraliyada aylardır davam edən dəhşətin qarşısı alındı

Avstraliyada aylardır davam edən meşə yanğınlarının bir qismi lokallaşdırılıb.

Bu barədə ölkənin yanğınsöndürmə briqadaları danışıb.

Bildirilib ki, Yeni Cənubi Uels ştatındakı yanğınların bir qismini havanın temperaturunun aşağı düşməsi və küləyin sürətinin azalması səbəbindən söndürmək mümkün olub. Bununla da yanğınla mübarizədə ilk dəfə irəliləyiş qeydə alınıb.

Meteorologiya mütəxəssisləri sərin hava şəraitinin növbəti həftələrdə də davam edəcəyinin gözlənildiyini açıqlayıb.

Bundan başqa, oktyabr ayından bəri yanğının cənginə aldığı Qospers dağı istiqamətində də yağış yağıb və yanğın lokallaşdırılıb.

Qeyd edək ki, yanğınlarda 10 milyon hektara yaxın ərazi yanıb, 27 nəfər həlak olub, 1 milyarddan çox heyvan tələf olub, 2 min ev yararsız hala düşüb.

Sosial mediada Avstraliyada kül olan meşələrin yenidən canlandığını göstərən fotolar yayılıb./publika.az







Rubrikanın digər xəbərləri

Xəbər lenti