Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərindəki Ural lak-boya istehsalı zavodunda yanğın baş verib.
800 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində zavodun bir əməkdaşı xəsarət alıb. Yağın zamanı içərisində boya olan çəlləklərdə partlayış baş verib. Hadisə yerində 83 yanğınsöndürən texnika və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.