Xəzər Xəbər

Gecəyarısı paytaxtda SİLAHLI HÜCUM: 16 nəfər öldü, onlarla yaralı var

Dünya | 11:59 • 7 Dekabr 2019
Gecəyarısı paytaxtda SİLAHLI HÜCUM:

İraqın paytaxtı Bağdadda naməlum şəxslər etiraz aksiyaçılarına odlu silahla atəş açıb.

Hücum nəticəsində16 nəfər ölüb, onlarla insan yaralanıb.

Hadisə Təhrir meydanının bir neçə kilometr yaxınlığında yerləşən körpüdə baş verib.

Hadisə şahidləri silahlı qrupun qeydiyyat nişanı olmayan mülki avtomobillərlə olay yerinə gəldiyini deyib.

Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İraqda hökümətə qarşı korrupsiya, işsizlik və sosial xidmətlərin çatışmazlığına görə baş qaldıran iğtişaşlar oktyabr ayından bəri davam edir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti