"Türkiyə ABŞ sanksiyalar tətbiq edəcəyi təqdirdə də Rusiyadan "S-400”-lərin alınması və istifadəsindən imtina etməyəcək”.
Bu barədə "İzvestiya” qəzetinə Türkiyə parlamentinin Beynəlxalq Münasibətlər Komitəsində məlumat verilib.
Açıqlamada rəsmi Ankaranın Vaşinqtonun təzyiq siyasətini düzgün yanaşma hesab etmədiyi də vurğulanıb: "Əgər Vaşinqton bu addımı atsa, Ankara tətbiq olunan tədbirləri cavabsız qoymayacaq.
Xarici təhlükələrdən qorunmaq üçün "S-400” sistemlərinin istifadəsi tələb olunarsa, bu addımı atacağıq. Türkiyə ABŞ-ın mümkün sanksiyaları səbəbindən öz təhlükəsizliyini qurban vermək niyyətində deyil”./teleqraf