Xəzər Xəbər

İran: ABŞ-ın nüvə razılaşmasına müdaxilə haqqı yoxdur

Dünya | 16:28 • 25 Noyabr 2019
İran: ABŞ-ın nüvə razılaşmasına müdaxilə haqqı yoxdur

ABŞ-ın İranla nüvə razılaşmasına müdaxilə haqqı yoxdur.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

"ABŞ nüvə razılaşması haqqında danışa və ya bu məsələyə müdaxilə edə bilməz, eləcə də bizim nüvə öhdəliklərimizi mühakimə edə bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ İranın Fordo nüvə obyektinə qarşı sanksiya istinalarının dekabrdan ləğv ediləcəyini açıqlayıb./axar.az

Xəbər lenti