Almaniya ŞOKDA:
əsrin soyğunu baş verdi
Dünya
|
16:16 • 25 Noyabr 2019
Almaniyanın Drezden şəhərində tarixi "Qreen Vault” muzeyindən dəyəri 1 milyard avro olan oğurluq edilib.
Bu barədə "Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, oğrular muzeydən bahalı eksponatları və tarixi əsərləri oğurlayıblar. Oğurlanan eksponatların dəyəri 1 milyard avro civarında qiymətləndirilir.
Soyğun səhər saat 05:00 radələrində gerçəkləşib. Oğrular əvvəlcə muzeyin işıqlarını kəsib, daha sonra şüşəni qıraraq içəri daxil olublar. Soyğunu həyata keçirəndən sonra lüks avtomobillərdə qaçdıqları deyilir.
Qeyd edək ki, "Qreen Vault” muzeyində Avropanın ən böyük xəzinə kolleksiyası saxlanılır./publika.az