Xəzər Xəbər

Cəsədlərini çeynəyib, sümüklərini parçalayacağıq Çin prezidentdən ŞOK AÇIQLAMA

Dünya | 14:22 • 14 Oktyabr 2019
Cəsədlərini çeynəyib, sümüklərini parçalayacağıq

"Çini bölməyə çalışan olsa, onların cəsədlərini çeynəyib, sümüklərini parçalayacağıq”.

Bunu Çin prezidenti Si Cinpin deyib.

Nepalda işgüzar səfərdə ikən Honq Konqda baş qaldıran etiraz aksiyaları ilə bağlı çıxış edən prezident bildirib ki, Çini bölməyə cəhd edənlərə dəstək verən xarici qüvvələr boş xəyallar qurmaqdadır.

"Qardian” qəzeti Çin liderinin bu açıqlamları Honq Konqda Çinin siyasi avtoritariyasının çətin sınaqdan keçdiyi dövrdə etdiyinə diqqət çəkib.

Qeyd edək ki, Honq Konqda cinayətkarların Çinə geri qaytarılmasını ehtiva edən qanunun qəbul edilməsindən sonra etiraz aksiyaları başlayıb. İyun ayında başlayan aksiyalar Çin hökumətinə qarşı böyük etirazlara çevrilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti