Xəzər Xəbər

Türkiyədə gəlişmə: NATO Baş katibi İstanbula gəldi

Dünya | 11:48 • 11 Oktyabr 2019
Türkiyədə gəlişmə: NATO Baş katibi İstanbula gəldi

NATO-nun Baş katibi Jens Stoltenberq Türkiyəyə gəlib.

NATO rəsmisi İstanbulda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdən sonra mətbuat konfransının keçirilməsi gözlənilir. Tərəflər Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh çeşməsi”əməliyyatı ətrafında müzakirələr aparılacaq.

Baş katibin Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan və müdafiə naziri Hulusi Akarla da görüşü istisna edilmir./teleqraf

Xəbər lenti