NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi informasiya yayıb.
Xəbərdə bildirilir ki, Baş katib sabah Türkiyə rəsmiləri ilə gündəm məsələlərə dair müzakirələr aparacaq.
Baş katibin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.