Xəzər Xəbər

Ekvadorda xalq küçələrə axışdı yüzlərlə insan saxlanıldı

Dünya | 11:56 • 8 Oktyabr 2019
Ekvadorda xalq küçələrə axışdı

Ekvadorda hökumətin iqtisadi tədbirlərinin səbəb olduğu etirazların gedişində saxlanılanların sayı 477 nəfərə çatıb.

Bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb. Daxili İşlər naziri Mariya Paula Romonun sözlərinə görə, saxlanılan şəxslərin hamısı vandalizm aktlarının törədilməsində, o cümlədən təcili tibbi yardım və polis maşınlarına hücumlarda şübhəli bilinirlər.

Ötən həftə Ekvador Prezidenti Lenin Moreno oktyabrın 3-dən etibarən dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərman imzalayıb. Bundan sonra yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. Həmkarlar ittifaqlarının nümayəndələri qərara qarşı çıxdıqlarını və etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.

Oktyabrın 3-də nəqliyyat işçiləri bütün ölkə ərazisində müddətsiz tətil elan edib. Bundan başqa, etirazçılar iri avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib./ Teleqraf.com

Xəbər lenti