Xəzər Xəbər

Rusiyanın 150 peykindən 90-ı Müdafiə Nazirliyinə xidmət edir

Dünya | 21:46 • 5 Oktyabr 2019
Rusiyanın 150 peykindən 90-ı Müdafiə Nazirliyinə xidmət edir

Rusiyanın orbital qrupu 15 kosmik aparatdan ibarətdir və onların üçdəikisi hərbi təyinatlı peyklərdir. 


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Exo Moskvı” radiostansiyasına müsahibəsində Rusiya Hərbi-Kosmik Qüvvələrinin (xüsusi təyinatlı) 15-ci ordusunun qərargah rəisi Anatoli Nesteçuk məlumat verib.


Rusiya rəsmisi bildirib ki, bu ölkənin kosmosda fəaliyyət göstərən 150 peykindən 90-ı hərbi təyinatlı aparatlardır və Müdafiə Nazirliyinin maraqlarına xidmət edir. Onun sözlərinə görə, digər peyklər federal kosmik proqram çərçivəsində başqa nazirlik və idarələr üçün nəzərdə tutulublar. Nesteçuk əlavə edib ki, hazırda orbitdə naviqasiya, rabitə, geodeziya, meteorologiya, Yerin məsafəli zondlanması, vəziyyətin monitorinqi üzrə aparatlar, habelə elmi təyinatlı müxtəlif peyklər də fəaliyyət göstərirlər.


Qərargah rəisi qeyd edib ki, hazırda Rusiya peyklərinin sürətli təkmilləşdirilməsi və yenilənməsi prosesi aparılır. O bildirib ki, kosmik aparatların sayının azalması RF-in orbitdə imkanlarının məhdudlaşması kimi qəbul edilməməlidir. "Əgər əvvəllər orbitdə 200 peykimiz fəaliyyət göstərirdisə, bu gün onların sayı azalıb. Bu, bizim imkanlarımızın məhdud olması ilə deyil, kosmik aparatların keyfiyyətinin yaxşılaşması ilə əlaqədardır. Onların element bazası təkmilləşib və etibarlılığı artıb. Bundan əvvəl eyni tipli kosmik aparat orbitdə üç-altı ay müddətində qalırdı, indiki peyklərin fəaliyyət göstəriciləri isə 15 ilə yaxındır”, -deyə Nesteçuk vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti