Xəzər Xəbər

Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi

Dünya | 11:20 • 5 Oktyabr 2019
Qəzaya uğrayan turist qopmuş əlini xəstəxanaya gətirdi

Britaniyalı turist Meksikaya səfəri zamanı qəzaya uğrayıb və əlini itirib.


Bu barədə "Daily Mail” yazır.Çelsidən olan 26 yaşlı səyyah Vellanın sözlərinə əsasən, rəfiqəsi ilə Puerto-Valyarta şəhəri yaxınlığında baqqi sürürdü. Bir neçə gün öncə baş vermiş qasırğadan sonra yollar nəm olduğu üçün qızlar minik vasitəsinin idarətetməsini itiriblər və o çevrilib.


Vella bildirib ki, qəza zamanı intuitiv olaraq əli ilə başını örtüb və zərbə məhz əlinə dəyib.


"Əlimə baxdıqda, onun dəri üzərində sallandığını gördüm”, - deyə qız bildirib.


Hadisədən sonra Vellanın dərhal xəstəxanaya çatdırılmağına baxmayaraq, əməliyyat zamanı nəfəsi dayandığı üçün həkimlər onun əlini amputasiya etməli olublar. Lakin həkimlər qızın həyatını xilas edə biliblər.


Vellanın yaxşı protez ala bilməsi üçün hazırda onun rəfiqəsi "GoFundMe” platformasında vəsait yığımını həyata keçirir.

Xəbər lenti