Xəzər Xəbər

Zelenski Ukraynada fəaliyyət göstərən müsəlman təşkilatlarının işini yüksək qiymətləndirib

Dünya | 16:55 • 11 Avqust 2019
Zelenski Ukraynada fəaliyyət göstərən müsəlman təşkilatlarının işini yüksək qiymətləndirib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.


AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Zelenski təbrikdə müsəlman təşkilatlarının müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında sülh və konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasına yönəlmiş işini yüksək qiymətləndirib və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini vurğulayıb.


"Bu böyük bayram barışıq və mərhəmət hissi aşılayır, imanın saleh göstərişlərini həyata keçirməyə kömək edir və möminlərin qəlbini parlaq ümidlərlə doldurur", - deyə V.Zelenski bayram təbrikində bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti