Xəzər Xəbər

Tramp Şimali Koreya prezidentindən "çox gözəl bir məktub" aldığını bildirib

Dünya | 09:39 • 10 Avqust 2019
Tramp Şimali Koreya prezidentindən "çox gözəl bir məktub" aldığını bildirib

Prezident Donald Tramp cümə günü Şimali Koreya lideri Kim Con Indan "çox gözəl bir məktub" aldığını və onunla başqa bir görüş keçirə biləcəyini deyib.

Xezerxeber.az xəbər verir ki, media önündə çıxış edən Tramp bu görüşün nə vaxt baş tutacağı barədə heç nə deməyib.

Tramp Ağ Evdə jurnalistlərə məktubun cümə axşamı günü ona təqdim edildiyini deyib:"Çox müsbət bir məktub idi. Düşünürəm ki, daha bir görüşümüz olacaq. O, həqiqətən gözəl, üç səhifəli bir məktub yazıb. Kim başdan axıradək həqiqətən gözəl bir məktub yazıb".

Rubrikanın digər xəbərləri

Xəbər lenti