Xəzər Xəbər

Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanılıb

Dünya | 12:31 • 8 Avqust 2019
Polşada iğtişaş yaratmaq istəyən ermənilər saxlanılıb

Polşanın Krakov şəhərində mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərməkdə ittiham edilən 26 Rusiya vətəndaşı saxlanılıb.

Həmin şəxslərdən 22 nəfəri Polşada qanunsuz yaşayan erməni və çeçen əsillidir.

Qeyd olunur ki, onlar bu həftənin əvvəlində Krakovda ticarət mərkəzinin önündə saxlanılıb. Onlar futbol azarkeşləri arasında iğtişaş yaratmağı planlaşdırırmış. Saxlanılanların avtomobillərində narkotik vasitələr və silah-sursat da aşkar edilib. (Trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti