Xəzər Xəbər

Yakutiyada fövqəladə vəziyyət elan edildi, çünki...

Dünya | 17:24 • 1 Avqust 2019
Yakutiyada fövqəladə vəziyyət elan edildi, çünki...

Rusiyanın Yakutiya respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, respublikanın rəhbəri Aysen Nikolayev bununla bağlı avqustun 1-də fərman imzalayıb.

Hazırda Yakutiyada ümumi ərazisi 1431 hektarı əhatə edən 20 meşə yanğınının qarşısının alınması üçün mübarizə aparılır.

Yanğınların söndürülməsi üçün 700-ə yaxın yanğınsöndürən, o cümlədən paraşütçü və desantçı yanğınsöndürənlər cəlb edilib.

Xəbər lenti