Xəzər Xəbər

Nazirdən ABŞ-a “zərif” təşəkkür

Dünya | 17:28 • 1 Avqust 2019
Nazirdən ABŞ-a “zərif” təşəkkür

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.

"İrna”nın məlumatına görə, nazir özünün "Twitter” hesabında yazıb ki, sanksiyalar ona və ailəsinə təsir etməyəcək.

"Mənim İrandan kənarda hər hansı bir marağım və əmlakım yoxdur. Çox sağ olun ki, məni gündəminizə böyük təhdid kimi qiymətləndirirsiniz”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib. Səbəb kimi Zərifin Tehranın nüvə proqramına dəstək verməsi, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasının başında durması göstərilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar