Xəzər Xəbər

İran Çin vətəndaşları üçün vizanı ləğv etdi

Dünya | 14:47 • 31 İyul 2019
İran Çin vətəndaşları üçün vizanı ləğv etdi

İran birtərəfli qaydada Çin vətəndaşları üçün viza rejimini ləğv edib.

Bu barədə Çinin Tehrandakı səfirliyindən bildirilib.

Məlumata görə, Çin vətəndaşları, o cümlədən bu ölkənin xüsusi statuslu Honkonq və Makao inzibati rayonlarının adi pasportlarının sahibləri İran ərazisinə vizasız səfər edə və ölkə ərazisində 21 qala bilərlər. Bu qayda iyulun 16-da qüvvəyə minib.

Səfirlik öz vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, İranda "UnionPay”, "Visa” və "Mastercard” kimi kredit kartları istifadə olunmur, eləcə də ölkəyə spirtli içki, donuz əti və məmulatı, oyun sümükləri və kartlar, silah, sursat, pornoqrafik məzmunda kitab və jurnallar, İslamI və İranı tənqid edən kitabların gətirilməsi qadağandır.

Çinə səfər etmək istəyən İran vətəndaşları üçün viza vacibdir. (report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti