Xəzər Xəbər

Moskvanı vurmaq üçün silah hazırlayaq Generaldan ŞOK ÇAĞIRIŞ

Dünya | 10:16 • 31 İyul 2019
Moskvanı vurmaq üçün silah hazırlayaq

Ukrayna general-leytenantı, xarici kəşfiyyat veteranı Vasiliy Boqdan Rusiya ərazisindəki hədəfləri vura biləcək orta mənzilli raketlərin istehsalına başlamağa çağırıb.

Bu haqda Ukraynanın "Obozrevatel” nəşri yazır.

O qeyd edib ki, belə raketlərin nüvə yükünə malik olması vacib deyil, ancaq belə perspektiv olmalıdır. General bildirib ki, Rusiya faktiki olaraq Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında Müqavilədən çıxıb və Moskva ilə Sankt-Peterburq kimi şəhərləri vura biləcək raketləri hazırlamaq üçün Ukraynanın əlləri açılıb.

General əlavə edib ki, Kiyev müttəfiqlərin və partnyorların köməyinə bel bağlamalıdır./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti