Xəzər Xəbər

Tramp namizədini açıqladı - Bundan sonra... FOTO

Dünya | 11:26 • 22 İyun 2019
Tramp namizədini açıqladı - Bundan sonra...

ABŞ prezidenti Donald Tramp bir müddətdir boş qalan Müdafiə naziri vəzifəsinə namizədini açıqlayıb.

Bu, Quru Qoşunlarının baş katibi Mark Esperdir.

Bu barədə Ağ Evdən açıqlama verilib. Donald Tramp gələn həftənin bazar günündən etibarən Esperin vəzifəsinə başlamasını istəyir. Buna görə də namizədin ən qısa müddətdə ABŞ Senatına təqdim ediləcəyi gözlənilir. Mark Esper Senatda kifayət qədər səs toplasa, ABŞ-ın yeni Müdafiə naziri olacaq.

Qeyd edək ki, ABŞ-ın son Müdafiə naziri Ceyms Mettis olub. O, yanvar ayında vəzifəsindən istefa verib. Səlahiyyətlərini isə hələ ki, Müdafiə nazirinin müavini Patrik Şanaxan icra edir./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti