Xəzər Xəbər

Ad günündə 1 milyon dollar uddu

Dünya | 12:36 • 21 İyun 2019
Ad günündə 1 milyon dollar uddu

Ad günü onsuz da əlamətdar gündür. Həmin gün milyonçu olmaq isə bir ayrı hissdir. Bu hissi amerikalı Dennis Ressler yaşayıb.

ABŞ-ın Cənubi Karolina ştat sakini doğum günündə 1 milyon dollar udub. Onun yerli mağazaların birindən aldığı "Carolina Millions” lotereya bileti cek-potda uduş gətirib.

Ressler xoşbəxtliyinə inanmır: "Bütün həyatım dəyişdi”. Bir neçə il sonra pensiyaya çıxacaq amerikalı yenə lotereya oynamaqda davam edəcəyini deyir.

Az qala hər ay ABŞ-da kimsə lotereya sayəsində milyonçu olur. Bir neçə gün əvvəl Portlendə bir kişi mağaza növbəsində tanımadığı qadından eşitdiyi rəqəmləri istifadə etməklə böyük uduşa sahib çıxmışdı./Bizimyol.info

Xəbər lenti