Xəzər Xəbər

Rusiya Türkiyəyə görə ABŞ-a MEYDAN OXUDU: "Uzun müddət..."

Dünya | 09:35 • 20 İyun 2019
Rusiya Türkiyəyə görə ABŞ-a MEYDAN OXUDU: "Uzun müddət..."

"Bütün qərarlar qəbul edilib, razılaşma beynəlxalq qaydalara uyğundur”.

Bunu Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri alması ətrafında çıxan gərginliklərə münasibət bildirən nazir müavini qeyd edib ki, ABŞ-ın Ankaraya sanksiya tətbiq etməsi yanlışdır: "Biz uzun müddət əvvəl mövqeyimizi ortaya qoyduq. Hər suveren dövlət hərbi-texniki sahədə öz partnyorlarını seçmək haqqına sahibdir. Bütün qərarlar qəbul edildi. Razılaşma beynəlxalq qaydalara uyğundur”.

Qeyd edək ki, Donald Tramp Administrasiyası iyul ayında tədarük ediləcək S-400-lərə görə Türkiyəyə 3 sanksiya paketi tətbiq edmək üzərində düşünür./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti