Xəzər Xəbər

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb

Dünya | 09:04 • 15 İyun 2019
Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb

İyunun 15-də Yaponiyanın Naqano prefekturasındakı Karuizava şəhərində G20 ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin görüşü başlayıb.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, görüşü Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşiqe Suqa açıb. Nazir bildirib ki, G20 ölkələrində vəziyyət bir-birindən kəskin şəkildə fərqləndiyinə görə enerji və iqlim məsələləri üzrə vahid mövqeyə gəlmək çox çətin olacaq.


Qeyd edək ki, G20 ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin görüşü iki gün davam edəcək. Görüşdə əsas mövzuların plastik tullantıların azaldılması, enerji ehtiyatlarından səmərəli istifadə, həmçinin enerji təhlükəsizliyinin olacağı gözlənilir. Son məsələ bu günlərdə Oman boğazında tankerlərə hücum fonunda xüsusilə aktuallaşıb.

Xəbər lenti