Xəzər Xəbər

Şri-Lankanın polis rəisi terror aktları səbəbindən istefa verib

Dünya | 14:13 • 26 Aprel 2019
Şri-Lankanın polis rəisi terror aktları səbəbindən istefa verib

Şri-Lankanın polis rəisi Pucith Cayasundaru rəhbərlik etdiyi qurumun ölkədə silsilə terror aktlarının qarşısını ala bilməməsi səbəbindən istefa verib.


Xezerxeber.az  xəbər verir ki, bu barədə ada dövlətinin prezidenti Maytripala Sirisena məlumat verib.


"Baş polis inspektoru istefa verib. O, istefa barədə ərizəsini müdafiə naziri vəzifələrini icra edən şəxsə təqdim edib. Mən yaxın vaxtlarda yeni baş inspektoru təyin edəcəyəm”, - deyə prezident jurnalistlərə bildirib.


Maytripala Sirisena, həmçinin hücumların əsas təşkilatçısı, "Tövhid camaatı” qruplaşmasının rəhbəri Zahran Haşimin terror hücumlarının gedişində - "Shangri-La” otelinə hücum zamanı öldüyünü deyib.


Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən katolik kilsələrdə və otellərdə ümumilikdə 8 partlayış baş verib. Terror aktları nəticəsində əvvəllər deyildiyi kimi 359 deyil, 250-yə yaxın insan həlak olub. Son məlumata görə, partlayışlarla əlaqə şübhəsi ilə saxlanılanların sayı 100 nəfəri ötüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti