Xəzər Xəbər

Rusiya üçün QORXUNC SSENARİ: hissələrə ayrılacaq, sonra... - Borovoy AÇIQLADI

Dünya | 14:09 • 13 Noyabr 2018
Rusiya üçün QORXUNC SSENARİ:

Rusiyanın əsl maliyyə təcridi başlandı: əgər qanuni mənşəyi sübut edilmirsə, hesablar bloklanır, qərb şirkətləri və bankları kredit xətlərini bağlayır. Böyük investisiyalar bloklanır. Qərblə ticarət üçün yaradılmış alətlər tədricən məhv edilir.

Bunu Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy "Obozrevatel” nəşrinə bildirib.

Onun sözlərinə Rusiyanın özündə çox ciddi proseslər başlanıb, Qafqaz qaynayır, Uzaq Şərq hakimiyyətin sərt xarakterinə reaksiya verir.

"Hakimiyyətin saxlanılması üçün bu vəziyyətdə ən ağıllı hərəkət geri çəkilməyə başlamaq olardı. Amma Putin, özü düşünür ki, hakimiyyətin saxlanılması üçün geri çəkilmək olmaz. Deməli, o, dövlətin dağılmasını yaxınlaşdırır. Əgər bu, on il əvvəl cəfəngiyat görünürdüsə, indi Rusiyanın hissələrə ayrılması məsələləri açıq müzakirə edilir”, - siyasətçi əlavə edib./publika.az

Xəbər lenti