Xəzər Xəbər

Krımdakı terrorda ölü sayı 20-yə çatıb

Dünya | 14:10 • 18 Oktyabr 2018
Krımdakı terrorda ölü sayı 20-yə çatıb
Krımın Kerç şəhərindəki texnikumda baş verən terror hücumu zamanı ölənlərin sayı 20 nəfərə çatıb.


Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirənlərdən 15-i tələbə, 5 nəfər texnikumun əməkdaşı olub. Yaralıların sayı isə 50 nəfərə yaxındır. Onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov tərəfindən törədilib./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti