Xəzər Xəbər

Yaponiyada 220 min toyuğun məhv edilməsinə başlanılıb

Dünya | 16:43 • 24 Mart 2017
Yaponiyada 220 min toyuğun məhv edilməsinə başlanılıb

Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasının hakimiyyət orqanları quş qripi virusunun aşkar edildiyi yerli fermada 220 mindən çox toyuğun məhv edilməsinə başlayıb.

Rəsmi nümayəndələrin bildirdiyinə görə, həmin fermada ölmüş bir neçə toyuqda aparılan genetik yoxlama zamanı H5 virusunun olduğu təsdiq edilib.

Prefekturanın hakimiyyət orqanları kömək üçün Yaponiya özünümüdafiə qüvvələrinin yerli bölməsinə müraciət edib. Martın 24-də səhər saatlarında başlanan əməliyyatın 3 gün davam edəcəyi bildirilir.

Virusun müəyyən edildiyi fermadan 3 kilometr məsafədə yerləşən digər fermalara yumurta və toyuqların ixracı qadağan olunub. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti