Xəzər Xəbər

Dünya iqtisadiyyatı durğunluğa daxil olur PROQNOZ

Dünya | 13:15 • 19 Mart 2020
Dünya iqtisadiyyatı durğunluğa daxil olur

Dünya iqtisadiyyatı bu il durğunluğa daxil olacaq.

Bu proqnozu "Standart ənd Poərs” şirkəti verib.

Şirkət qlobal durğunluq dönəmində dünyanın ümumdaxili məhsulunun artımının 1%-1,5% təşkil edəcəyini bildirib. Hesabatda qeyd edilib ki, koronavirusun dünya iqtisadiyyatına martın əvvəlində etdiyi təsir artıb.

Şirkət həmçinin Avrozonanın ÜDM-nin 2020-ci ilin ikinci rübündə 0,5%-1% azalacağını bildirib:

"ABŞ-da Avropadakı kimi eyni sənaye sahələri və üstəgəl neft-qaz sektoru zərbə altında qalıb. Birinci rübdə ABŞ-ın ÜDM-si bir qədər azalacaq, amma ikinci rübdə bu azalma tempi 1,5%-ə çata bilər. İnkişaf edən bazarlarda isə çox şeyi kapital axını və yanacaq asılılığı səviyyəsi müəyyən edəcək”./axar.az

Xəbər lenti