Xəzər Xəbər

Bakıda təcili yardıma gündəlik müraciətlərin sayı açıqlanıb

Cəmiyyət | 11:59 • 14 Yanvar 2021
Bakıda təcili yardıma gündəlik müraciətlərin sayı açıqlanıb

"Pandemiya ilə əlaqədar əhalinin yoluxmadan qorxaraq, tibbi heyətlə təmasdan çəkinməsi, xroniki xəstələrin və yaşlıların müraciətlərinin azalması, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələrin, yol-nəqliyyat qəzalarının, travmaların azalması, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının  Baş həkiminin müavini İradə Əliyeva deyib. O bildirib ki, hazırda "103” xidmətinə gündəlik daxil olan müraciətlərin sayı 2000-dəkdir:


"Bu müraciətlərin içərisində daha çox ürək-qan damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edir. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur”.


Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlanılıb: "Bu da COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb olub. Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrətəcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür. Bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərmək üçün stansiyada psixoloq da fəaliyyət göstərir”.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti