Xəzər Xəbər

Fevralın 27-dən məktəblər və universitetlər açılır? RƏSMİ CAVAB

Cəmiyyət | 16:15 • 13 Yanvar 2021
Fevralın 27-dən məktəblər və universitetlər açılır?

Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır.

Xüsusilə "Whatsapp” qruplarında bildirilir ki, fevralın 27-dən ümumtəhsil məktəbləri, universitetlər və kolleclər açılır.

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.

"Bununla bağlı indidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.

Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.

Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib./BAKU.WS

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti