Xəzər Xəbər

Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür

Cəmiyyət | 19:42 • 7 İyul 2020
Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür

Yayın isti günlərində dondurma qida rasionunda xüsusi yer tutur, lakin valideynlər azyaşlılara bu qida məhsulunu verməyə tərəddüd edirlər. Boğaz infeksiyaları, qızdırma və s. kimi müxtəlif narahatlıqların baş verməsi bunun əsas səbəbləridir.


Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayevanın dediyinə görə, uşaqlara dondurma verərkən qaydalara düzgün əməl etməklə belə problemlərdən yan keçmək mümkündür: "İki yaşından kiçik uşaqlarda istər inək, istərsə də keçi südünə qarşı bir sıra ağırlaşmalar yaranır. Dondurmanı qida qəbulundan əvvəl yemək məsləhət görülmür, çünki şirin olduğuna görə yeməkdən əvvəl qəbul ediləndə iştahanı öldürür, yeməyə həvəs qalmır. Günün ikinci yarısından sonra dondurmadan istifadə etmək düzgün deyil, tərkibində protein və karbohidratlar çox olduğuna görə uşaqlarda ifrat dərəcədə kökəlməyə səbəb olur”.


Dondurmanı yeməkdən bir saat əvvəl qəbul etmək daha yaxşıdır. Onu yeyəndən əvvəl və sonra su içmək əks təsirlərin qarşısını alır. Həkim-terapevt deyib: "Yaxşı olar ki, uşaqlar dondurma yeyərkən onu ağızlarında bir qədər saxladıqdan sonra udsunlar, yaxud dondurmanı otaq temperaturunda yumşaldandan sonra qaşıqla uşağa yedirmək olar”.


Süd və süd məhsullarından hazırlanan dondurmanın tərkibində A, B, S, D vitaminləri, eyni zamanda dəmir və sink kimi minerallar var. Ona görə də onun sağlamlıq əhəmiyyəti də var. Çalışmaq lazımdır ki, uşaqlara verilən dondurmanın tərkibində geni modifikasiya edilmiş məhsullar və palma yağı olmasın. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti