Xəzər Xəbər

Şüyüdün faydaları

Cəmiyyət | 13:47 • 6 İyul 2020
Şüyüdün faydaları

Yeməyə xüsusi dad və ləzzət vermək üçün salat, tərəvəz, ət və balıq yeməklərinə əlavə edilən şüyüd süfrələrdə ən çox istifadə olunan göyərtilərdəndir.


Xezerxeber.az tibbi mənbələrə istinadla xəbər verir ki, şüyüdün tərkibində B və C vitaminləri, fol turşusu və kalsium, kalium, fosfor və dəmir duzları var. Ondan istifadə edilməsi görmə qabiliyyətinə faydalı təsir edir, sinir sisteminin fəaliyyətini gücləndirir.


Şüyüdün cəfəri kimi kəskin qoxusu yoxdur və xoş dadı var. Onun qəbul edilməsi iştahanı artırır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bitkinin heyrətamiz bir xüsusiyyəti də körpələrdə qarın problemini aradan qaldırmasıdır. Bunun üçün süd verən anaların onu öz menyusuna əlavə etməsi lazımdır.


Bundan əlavə, göyərti maddələr mübadiləsini yaxşılaşdırır. Artıq çəki problemi zamanı da onun rasiona əlavə edilməsi müsbət nəticələr verir. Şüyüd infeksiya ilə mübarizədə də təsirli vasitədir, ona görə sistit və böyrək xəstəlikləri zamanı ondan istifadə məsləhətdir.


Qıcıqlanmış dərini sakitləşdirdiyinə və iltihabı aradan qaldırdığına görə ev şəraitində kosmetoloji vasitə kimi də istifadə olunur.


Şüyüdün faydalı xüsusiyyətlərindən biri də yuxusuzluğa qarşı müsbət təsiridir. Ondan istifadə etməklə ağır iş və xroniki yorğunluq səbəbindən ortaya çıxan yuxu problemlərindən azad olmaq və baş ağrısını müalicə etmək mümkün olur. Ürək-damar sisteminə təsiri çox faydalıdır, o qan təzyiqini azaldır və orqanizmi sakitləşdirir. Şüyüd dəmləməsi soyuqdəyməyə kömək edir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti