Xəzər Xəbər

Builki meyvə qıtlığının səbəbi açıqlandı

Cəmiyyət | 15:08 • 1 İyul 2020
Builki meyvə qıtlığının səbəbi açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu builki meyvə-tərəvəz qıtlığının səbəbini açıqlayıb.


XəzərXəbər xəbər verir ki, İnstitutun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, bu il respublika ərazisində meyvə-tərəvəzin az olmasının birinci səbəbi fevral ayında, martın əvvəlində havanın temperaturunun xeyli yüksək olması və ağacların vaxtından əvvəl çiçəkləməsidir. Bunlar xüsusən ərik, alça, gavalı, alma ağaclarıdır:


"Ağaclar çiçəklədikdən bir neçə gün sonra havanın tenmperaturu yenidən düşdüyü və güclü soyuq külək əsdiyi üçün çiçəklər məhv oldu. Çiçəklər məhv olduğu üçün meyvənin kəmiyyəti azalmalı idi və biz bunu əvvəldən də gözləyirdik. Builki meyvə qıtlığının bir səbəbi budur. Digər səbəb isə onların su ilə yaxşı təmin edilməməsidir".


Mövsümün bundan sonrakı meyvələri barədə də danışan M.Həsənov əlavə edib ki, əncir çox su tələb edən bitki olmadığı üçün onun suvarılması o qədər də vacib deyil. Bu baxımdan əncirlə bağlı məhsuldarlığın az olacağı gözlənilməyə bilər. Amma bundan sonra su qıtlığı olarsa, üzümün suvarılması vaxtlı-vaxtında aparılmazsa, bu, məhsuldarlığın az olmasına gətirib çıxaracaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti