Xəzər Xəbər

Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

Cəmiyyət | 11:23 • 30 May 2020
Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testi ediləcək.


Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxetiya departamentinin rəhbəri Neli Xizanişvili bildirib. Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinə gələn bütün yük maşını sürücüləri sürətli koronavirus testindən keçiriləcək. Bildirib ki, testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcək.


Departament rəhbəri qeyd edib ki, Laqodexi gömrük keçid məntəqəsinin dörd işçisi testlərin aparılması ilə bağlı təlim keçiblər və onlar artıq fəaliyyətlərinə başlayıblar.

"Artıq ötən gün sərhəd keçid məntəqəsində 87 nümunə götürülüb və analiz üçün Luqar labaratoriyasına göndərilib. Analizlərin cavabı mənfi olub”,- deyə N. Xizanişvili bildirib. (APA)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti