Xəzər Xəbər

Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

Cəmiyyət | 09:15 • 9 Aprel 2020
Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur

Koronavirusun aşkarlanması üçün gün ərzində icra edilən testlərin sayı 3-4 min arasında dəyişir. Həmin testlərin sayını 5 minə çatdırmağı nəzərdə tutmuşuq. Bu gün ölkədə 3 mindən çox test aparılıb. Bununla da aparılan testlərin sayı 53 mini ötüb. Koronavirusun təyini məqsədilə Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb. Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılması planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

"Bakıda və regionlardakı gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı istirahət mərkəzləri, xüsusilə də Nabrandakı istirahət mərkəzləri karantin üçün ayrılıb. Qərb, şimal və cənub bölgələrimizdə bütün 3, 4 və 5 ulduzlu hotellər karantin kimi istifadə olunur. Karantində olan vətəndaşların sayı isə 3 mindən çoxdur. Hazırda ölkə üzrə 751 aktiv koronavirus xəstəsi var ki, onlardan da 37-nin vəziyyəti ağırdır. Həmin xəstələrdən 20-dən çoxu məhz bu yaxınlarda fəaliyyətə başlayan "Yeni klinika”da müalicə alır. Ümumilikdə Azərbaycanda koronavirusa görə 22 tibb müəssisəsi ayrılıb”, - deyə R.Bayramlı diqqətə çatdırıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti