Xəzər Xəbər

Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək - AÇIQLAMA

Cəmiyyət | 13:59 • 28 Mart 2020
Ölkədə olma müddəti bitənlər cərimələnməyəcək -

16 mart-30 aprel tarixlərində Azərbaycan ərazisində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri tətbiq edilmir. Onlarınqəbul şöbələrinə gəlmələri tələb olunmur.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

O deyib ki, ölkədə olma müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər.

Vüsal Hüseynov deyib ki, bununla da, müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək.

"İnternet səhifəsində ikiməlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodugötürülərək, "Exspress pay” terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Azərbaycanda olma müddəti aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək.

İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”, - deyə o əlavə edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti