Xəzər Xəbər

Azərbaycanda ilk dəfə bu şəxslərə müavinət veriləcək

Cəmiyyət | 10:19 • 4 Mart 2020
Azərbaycanda ilk dəfə bu şəxslərə müavinət veriləcək

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra stimullaşdırıcı güzəştlər nəzərdə tutulub.


Bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.


Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən bir sıra güzəştlərlə bağlı rəy və təkliflər ümumiləşdirilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən stimullaşdırıcı güzəştlərlə bağlı təklif verilib. Digər qurumların da rəyləri müzakirə olunur və nəzərə alınmaqla, qərar yekunlaşdırılır”.


A.Kərimov qeyd edib ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” layihəsinin hazırlanmasında bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunub:


"ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Türkiyə və Latviya kimi ölkələrin təcrübəsindən yararlanmışıq”.


Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı şərtlər - Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri, onlara aylıq müavinətlər ayrılması nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti