Xəzər Xəbər

Arı südünün inanılmaz özəllikləri Nadir olması sirrinin arxasında nə dayanır?

Cəmiyyət | 17:08 • 19 Fevral 2020
Arı südünün inanılmaz özəllikləri

İşçi arıların udqunma vəzlərinin istehsal etdiyi arı südü koloniyanın həyat fəaliyyətinin təməlini təşkil edir. Arı koloniyası bu zəngin tərkibli maddə ilə həm bala arıları bəsləyir, həm də kraliça arını yaradır. Bal arıları ən çox 4 ay ömür sürür, kraliça arı süd sayəsində 5 il yaşaya bilir. Britaniyada "Royal Celli” yəni "Krallıq jelesi” adlanan arı südü yüzlərlə ildir ki, uzun ömrün sirri olaraq mütəxəssislər tərəfindən tövsiyə edilir.

XəzərXəbər oxucuları arı südünün faydaları ilə tanış edir.

Tərkibindəki yüksək miqdarda proteinlə arı südü eynilə digər arı məhsulları kimi enerji dəyəri yüksək qidalar sırasına daxil edilir.

Arı südünün 100 qramında 15 qram protein var. Bundan başqa, B vitamini qrupları (B1, B2, B3, B5, B6), biotin, fol turşusu, maqnezium, sink və dəmir baxımından olduqca zəngindir.

Arı südünün quruluşunda heç bir qida maddəsində olmayan biolektin proteini və 10-HDA adlı dəyərli yağ turşusu var. Bu maddə yeganə olaraq arı südündə mövcuddur.

Arı südünün digər arı məhsulları olan bal, polen və propolisdən fərqi özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Əldə edilməsi çətin olduğundan nadir tapılan qidalar kateqoriyasına daxildir.

publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti