Xəzər Xəbər

Dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib - RƏSMİ

Cəmiyyət | 16:45 • 11 Fevral 2020
 Dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib  -

"Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) doktorantura və dissertantura səviyyəsi üzrə artıq qəbul prosesi başlayıb. Bu il ilk dəfə olaraq doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib".


Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi Əminağa Sadıqov deyib.


O bildirib ki, dissertantura üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr qaneedici olmayıb: "AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib. Ancaq bu keçid balı ilə ərizə verən namizədlərin təxminən yarısı ilk imtahandan keçə bilməyib".


AMEA-nın akademik katibi qeyd edib ki, hazırda akademiya və nazirlik imtahanların nəticələrini təhlil edir: "Əgər zərurət olarsa, keçid balının aşağı salınması üçün DİM-ə də müraciət edilə bilər. Yeni qəbul qaydalarının bu il ilk dəfə tətbiq olunması nəticəsində xarici dillə bağlı namizədlərin müəyyən çətinlikləri olub. DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb, imtahanlara uzun müddət qalmış proqramlar və test sualları əvvəldən hazırlanıb. Doktoranturaya qəbul üçün artıq bir neçə ildir ki, xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur. Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir".


Əminağa Sadıqovun sözlərinə görə, doktoranturaya qəbulda vəziyyət yaxşı olsa da, dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib: "Qəbul imtahanı ilə dissertantlar üçün müəyyən güzəştlər edə və bununla bağlı vəsatət qaldıra bilərik. Onsuz da onları təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan vermələri gözləyir, həmin vaxt hansısa güzəştdən söhbət gedə bilməz".


Ə.Sadıqov onu da deyib ki, bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb: "Ancaq namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib".

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti