Xəzər Xəbər

Nazirlik ölümcül virusa qarşı 3 dərmanın adını açıqladı: Azərbaycanda onları haradan və neçəyə almaq olar?

Cəmiyyət | 15:43 • 31 Yanvar 2020
Nazirlik ölümcül virusa qarşı 3 dərmanın adını açıqladı:

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı təsirli ola biləcək dərmanların adını açıqlayıb.

Adlar nazirliyin koronavirusun müalicəsinə dair müvəqqəti metodiki tövsiyələrində yer alıb.

Nazirliyin siyahısındakı dərmanlar "Рибавирин", "Рекомбинатный интерферон бета Ib" və "Лопинавир”dir.

Bu dərmanlardan həm də QİÇS, Hepatit C və sklerozla mübarizədə istifadə olunur.

Simptomatik müalicə üçün həkimlər öskürəyə qarşı, bəlğəmgətirici vasitələri də məsləhət görür. Həmçinin, asan nəfəs almağı təmin edən dərmanlardan istifadə məsləhət görülür.

Cebhe.info Bakıdakı apteklərdə sözügedən dərmanların satılıb-satılmadığını müəyyənləşdirmək üçün kiçik müşahidə aparıb. Məlum olub ki, bu dərman preparatlarından "Рибавирин"i tapmaq mümkündür, ancaq bu dərman preparatını da almaq üçün depolara müraciət etmək lazımdır. Aptek satıcları preparatın qiymətinin 7-8 manat olacağını bildirib. Digər 2 dərman preparatının isə Azərbaycan bazarında olmadığı vurğulanıb.

Cebhe.info

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti