Xəzər Xəbər

İcbari tibbi sığortanın tətbiqindən sonra müraciətlərin sayı artıb

Cəmiyyət | 18:15 • 30 Yanvar 2020
İcbari tibbi sığortanın tətbiqindən sonra müraciətlərin sayı artıb

Bir aydır ki, ölkəmizin şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqi edilir və onun ilkin nəticələri qənaətbəxşdir. Həmin bölgədə tibb müəssisələrinə müraciətlərin sayı iki dəfədən çox artıb, hətta bəzi rayonlarda üç dəfəyə yaxındır. Artıq bahalı əməliyyatlarla əlaqədar 700-ə yaxın müraciət edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov jurnalistlərə verdiyi müsahibədə deyib.


Departament rəhbəri bildirib ki, açıq ürək əməliyyatları və ağır nevroloji əməliyyatları sığorta təminatındadır: "Həmin xəstəliklərlə əlaqədar hər gün agentliyə və tibb müəssisələrinə 20-30 müraciət daxil olur və onların müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirilir. Baha qiymətə başa gələn əməliyyatların sayı ay başa çatandan sonra məlum olacaq. Lakin gündəlik müraciətlərdə üç dəfəyə yaxın artım olduğunu söyləmək olar. Stasionar şəraitdə müalicə olunan xəstələrin sayında da minimum iki dəfə artım var”.


"Ailə həkimlərinə təhkim olunma qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Həmin qaydalara əsasən hər bir ailə həkiminə 18 yaşından yuxarı olan vətəndaşlara və 18 yaşdan aşağı olanlara təhkim olunma qaydası öz əksini tapacaq. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisəsi olmalıdır. Hər ailə həkiminə 1800-2500 nəfər, 18 yaşından aşağı olanlara ayrılan pediatrlara 800-ə qədər uşaq təhkim olunacağı gözlənilir”, - deyə Vüqar Qurbanov deyib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti