Xəzər Xəbər

11 dərəcə isti gözlənilir Şənbə gününün HAVA PROQNOZU

Cəmiyyət | 13:21 • 13 Dekabr 2019
11 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan daxilində 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13, dağlarda 0-5, gündüz 2-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti