Xəzər Xəbər

Binalar niyə isinmir? RƏSMİ CAVAB

Cəmiyyət | 14:37 • 14 Noyabr 2019
Binalar niyə isinmir?

Binalarada istiliyin zəif olmasının əsas səbəbi məlum olub.

XəzərXəbər xəbər verir ki, "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bu gün keçirdiyi mətbuat konfransında yaşayış binalarına istiliyin aşağı temperaturda verilməsinin səbəblərinə aydınlıq gətirib.

O qeyd edib ki, qazanxanadan istilik maksimum temperaturda çıxır: "Mən burada əyləşənləri bizim müəssisəyə dəvət edirəm. Gəlin baxın və özünüz şahid olun ki, qazanxanadan binaya istilik hansı temperaturda verilir. İstiliklə bağlı əsas problemlər mənzil daxili məsələlərdən qaynaqlanır. Məsələ ondadır ki, yaşayış binalarında mövsümə hazırlıqla bağlı tədbirlər zəif aparılır. Bura zirzəmilərin bağlanması, qurudulması, dam örtüyünün izolyasiya olunması və sair aiddir. Yəni, istilik itkisinin ən azı 90 faizi mənzil daxili problemlərlə bağlıdır”.

İlham Mirzəliyev qeyd edib ki, bir neçə il əvvələdək küçələrdən keçərkən isti su axan borulardan buxar axıntılarını tez-tez görmək mümkün olardı: "İndi isə siz küçələrdə belə haları nadir hallarda görə bilərsiniz. Bu cür halları yalnız qəza hallarında görmək mümkündür. Bizim 1000 km-dək xətlərimiz var. Ola bilsin ki, həmin borularda müəyyən gözdən qaçan problemlər olsun”, - qurum rəsmisi bildirib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti