Xəzər Xəbər

Sızanaqlardan xilas olmağın YOLLARI Həkim MƏSLƏHƏTİ

Cəmiyyət | 11:03 • 5 Noyabr 2019
Sızanaqlardan xilas olmağın YOLLARI

Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı, yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Həmin problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?

XəzərXəbər xəbər verir ki, bu barədə Azərtac-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Ən yaxşısı təbii yollarla üzə qulluq olunmasıdır. Bunu ev şəraitində bal, yumurtanın ağı, xama və sair məhsullardan maskalar hazırlayıb üzə çəkməklə etmək olar".

Dəridə yaranan xoşagəlməz hallardan ən çox rast gəlinəni sızanaqlardır. Həmin problemin həllində isə mütəxəssislər kosmetik müalicədən daha çox dərin analiz və düzgün müayinə olunmağı məsləhət görürlər, çünki bu hal daxili orqanların nasazlığından da xəbər verə bilər.

Həkim-dermatoloq daha sonra deyib: "Üz dərisində səpkilərin əmələ gəlməsi əsasən dərinin yağlı olması və onun nəfəs almaması ilə əlaqədardır. Sızanaqlar mədə-bağırsaq sisteminin xəstəlikləri nəticəsində də yarana bilər”.

Bütün bunlardan başqa mütəxəssislər gün ərzində üzü tez-tez yumağı və sağlam qidalanmağı məsləhət görürlər. Nəticədə bir müddət sonra yaranan fərqi hiss etmək mümkün olacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti